Accessibility links

Avropa İttifaqı Lənkəranda 13,5 milyon avroluq layihə həyata keçirəcək


Avropa İttifaqı və Azərbaycanın bayraqları

2018-ci ildə Avropa İttifaqı (Aİ) Lənkərənda (Bakıdan 272 kilometr cənub) 13,5 mln avroluq kənd təsərrüfatı layihəsi həyata keçirəcək. Bu barədə Aİ-nin Azərbaycan nümayəndəsinin müşaviri Deniz Daniilidis Turan-a bildirib.

O, qeyd edib ki, hazırda proqramın detalları hazırlanır.

Bir il əvvəl Aİ nümayəndəliyinin rəhbəri Malena Mard bildirmişdi ki, Aİ kənd təsərrüfatı üzrə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ilə sıx əməkdaşlıq edir.

“Avropa bazarlarına çıxmaq üçün məhsullar Aİ standartlarına uyğun olmalıdır”, o bildirib.

Onun sözlərinə görə, proqramda təkcə kənd təsərrüfatına yox, kiçik və orta biznesin inkişafına da diqqət yetiriləcək.

XS
SM
MD
LG