Meksika rəsmiləri Təhqiqatlar Bürosunun axtarışda olan 10 ən qatı cinayətkarlar siyahısına daxil olan Brenda Delqadonu Dallasa ekstradisiya ediblər. O, muzdlu qatildən istifadə edərək keçmiş sevgilisinin görüşdüyü qızı qətlə yetirməkdə təqsirləndirilir.
Meksika Baş Prokurorluğunun ofisi Delqadonu cümə axşamı ABŞ rəsmilərinə təhvil verdiklərini təsdiqləyib.
Delqado qatillərə Hatçeri öldürməyin müaqbilində pul və narkotika verəcəyini vəd etmişdi.
Prosesin ictimailəşməsinə icazəsi olmayan və vəziyyət barədə məxfi danışan meksikalı federal rəsmilər sözü gedən qadının Brenda Delqado olduğunu təsdiqləyiblər.
Delqado Meksikanın şimalında Koahuila şəhərində aprel ayında həbs edilib. O, ağır cinayət və Kendra Hatçerin güllələnərək öldürülməsindən sonra istintaqdan yayınmağa cəhd etməkdə təqsirləndirilir.
Delqado ABŞ-ı müstəntiqlər tərəfindən dindirildikdən az sonra tərk etmişdi. Bu, Federal Təhqiqat Bürosunun (FBI) onu "ən çox axtarılanlar" siyahısına daxil etməsinə yol açmışdı.
Müstəntiqlərin dediyinə görə Delqado Hatçerə əri ilə sevgi macərası yaşadığına görə qısqanırdı. Delqado qatillərə Hatçeri öldürməyin müaqbilində pul və narkotika verəcəyini vəd etmişdi.