Accessibility links

ABŞ-ın Keniyadakı səfirliyi qarşısında mühafizəçiyə qarşı hücumun arxasında İslam Dövləti durur


ABŞ-ın Keniyadakı səfirliyi qarşısında mühafizəçiyə qarşı hücumun arxasında İslam Dövləti durur. Məlumatı bu gün Amaq xəbər agentliyi yayıb.

Cümə axşamı günü Nayrobidə ABŞ səfirliyinin mühafizəçinə hücum edən şəxs güllə ilə vurularaq öldürülüb.

Bıcaqla hücuma keçən şəxsə zabit tərəfindən iki dəfə atəş açılıb. ABŞ-ın Keniyadakı səfirliyi işçilərin heç birinin xəsarət almadığını bildirib.

Yaxınlıqda olan polis zabiti mediaya bildirib ki, hücumçu səfirliyin viza şəbəsinin girəcəyində dayanan mühafizəçilərdən birini başı və sinəsindən bıçaqla yaralayıb. Onun mühafizəçinin silahını ələ keçirməyə cəhd etdiyi deyilib.

Keniya polisinin sözçüsü həmin şəxsin cinayətdə tək iştirak etdiyini və hazırda hücumla bağlı istintaq aparıldığını bildirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG