Accessibility links

Keniyanın Ali Məhkəməsi seçki nəticələrini təsdiq edib


Keniyanın Ali Məhkəməsi səsvermədə səslərin 98 fazini qazanan hazırkı prezident Uhuru Kenyattanın qələbəsini təsdiq edib. Müxalifət səsverməni boykot etmişdi.

Bu, ilk dəfə idi ki, Afrikada məhkəmə prezident seçkilərinin nəticələrini ləğv edirdi.

Oktyabr səsverməsinin nəticələrinin əleyhinə Ali məhkəməyə üç ayrı ərizə təqdim edilmişdi. Bazar ertəsi isə onların hamısı ləğv edilib.

Qərardan sonra Ali Məhkəmə önündə prezident Kenyattanın tərəfdarları rəqs edib, mahnılar oxuyub.

Müstəqil Seçki Komissiyasının verdiyi məlumata görə, səsvermədə qeydiyyatdan keçmiş 19,6 milyon seçicinin yalnız 39 faizi iştirak edib.

Oktyabrda avqust prezident seçkilərinin təkrarı baş tutdu. Kenyatta həmin səsvermənin qalibi elan olundu, lakin Ali Məhkəmə nəticələrin hesablanmasında baş verən pozuntulara görə nəticələri ləğv etdi.

İkinci səsvermədə müxalifət lideri Raila Odinqa namizdəliyini geri çəkərək, tərəfdarlarını səsverməni boykot etməyə çağırıb. O, seçkini saxta adlandırıb.

XS
SM
MD
LG