Accessibility links

Keniyada yeni qatar xidməti Mombasa ilə Nairobi arasında səyahət vaxtını ikiqat azaldıb


Keniyada Nairobi ilə liman şəhəri olan Mombasa arasındakı səyahət vaxtını ikiqat azaldacaq yeni Qatar xidməti istifadəyə verilib.

Keniya prezidenti Uhuru Kenyatta və bir sıra çinli və keniyalı rəsmi çərşənbə günü qatarın açılışını qeyd etmək üçün Mombasan paytaxta səfər edib.

Standart ölçülərə sahib qatar Çin hökümətinin verdiyi kredit yardımı ilə inkişaf etdirilib. Bundan əlavə dəmiryolunu tikən və lokomotivləri təmin edən də çinli şirkətlər olub.

“Biz bu gün tarixi ana şahid oluruq, çünki bu layihə Keniyanın iqtisadiyyatını dəyişəcək,” deyə çərşənbə günü prezident Kenyatta bildirib.

Bundan öncə sərşin qatarı Mombasan Nairobiyə 10 saata çatırdı. Keniya bu yeni qatarın 440 kilometrlik yolu 5 saata qət edəcəyini bildirir.

Keniya prezidenti Uhuru Kenyatta və vitse-prezident Vilyam Ruto yeni qatarın açılış mərasimində
Keniya prezidenti Uhuru Kenyatta və vitse-prezident Vilyam Ruto yeni qatarın açılış mərasimində

Gündə 3 min sərnişin

Mombasa Şərqi Afrikanın ən böyük liman şəhəridir və Keniyadan əlavə Uqanda, Rvanda və Burundi kimi ölkələrə də liman kimi xidmət göstərir.

Keniya bu yeni qatar xidmətindən gündə 3 min sərnişinin istifadə edə biləcəyini bildirir.

Çin siyasi və qitisadi əlaqələri gücləndirmək məqsədilə son 15 ildə Afrika qitəsinə böyük sərmayelər qoyub.

XS
SM
MD
LG