Accessibility links

Keniyanın müxalifət lideri saxta prezident andiçmə mərasimi keçirib


Müxalifət lider Raila Odinqa əlincə İncil kitabını tutaraq and içir. Uhuru parkı, Keniya, 30 yanvar, 2018.

Keniyalı müxalifət lideri Raila Odinqa həbs təhdidlərindən qorumaq üçün Nairobi parkında saxta prezident innaqurasiya mərasimi keçirərək and içib.

Müxalifət liderinin minlərlə tərəfdarı çərşənbə axşamı Uhuru parkında toplanmazdan bir qədər öncə 73 yaşlı Odinqa ‘xalqın prezidenti’ olaraq xidmət edəcəyinə söz verib.

Keniya prezidenti Uhuru Kenyatta innqurasiya mərasimində and içir. 28 noyabr, 2018.
Keniya prezidenti Uhuru Kenyatta innqurasiya mərasimində and içir. 28 noyabr, 2018.

Ötən ilin avqust ayında baş tutan seçkilərin nəticələrinə görə hazırkı prezident Uhuru Kenyatta qalib gəlmişdi. Seçkilərdən sonra Odinqa səsvermə prosesindəki qanunsuzluqları əsas gətirərək nəticələri tanımaqdan imtina etmiş və pozuntularla bağlı iddia qaldırmışdı. Lakin, Keniya Ali Məhkəməsi bu iddiaları etibarsız hesab etmişdi. Odinqa və tərəfdarlarının boykot etdiyi və oktyabr ayının 26-sında keçirilən təkrar sekçilərdə Kenyatta 98 faiz səs toplayaraq qalib gəlmiş, növbəti ay isə prezident olaraq and içmişdi.

Ölkənin baş prokuroru Qithu Muqai Odinqaya xəbərdarlıq edərək bildirib ki, prezident kimi andiçmə mərasiminin təşkil edilməsi vətənə xəyanət olaraq dəyərləndiriləcək və bunu da cəzası ölüm hökmüdür.

Hökumətin rabitə orqanları müstəqil ‘Citizen TV’ də daxil olmaqla tədbiri yayınlamağa çalışan kütləvi informasiya vasitələrini yayınını dayandırmağa məcbur edib.

XS
SM
MD
LG