Accessibility links

Dünya Kennedinin 100-cü doğum gününü qeyd edir [Video]


Dünya Kennedinin 100-cü doğum gününü qeyd edir
please wait

No media source currently available

0:00 0:02:47 0:00

Vaşinqtonun yaxınlığındakı Arlinqton qəbirsanlığında olan Kennedi məzarı turistlərin tez-tez ziyarət etdiyi yerlərdən biridir. Ziyarətçilər arasında keçmiş prezident qətl edilən zaman hələ dünyaya gəlməmiş insanlarla bərabər, onun prezidentliyinin şahidləri də var.

“Bu baş verən vaxt mən universitetdə idim. Hamı bu xəbəri harada və necə eşitdiyini, həmin hadisədən sonra baş verənləri, xüsusilə də televiziyadan izlədiyimiz dəfn mərasimini çox gözəl xatırlayır. Amerikada vaxt sanki durmuşdu.”

Təkcə Amerika deyil, bütün dünya durmuşdu. Kennedinin prezidentliyi nağıllara bənzəyirdi.

“Onun haqqında çoxlu əfsanələr gəzirdi. O gənc yaşında öldü. Onun kiçik uşaqları və gözəl yoldaşı bütün Amerikada sevilirdi. Öldürüləndən sonra isə onun haqqında əfsanələrin sayı daha da artdı. Biz onu gənc xatırlayırıq. Biz onu ruhlandırıcı niqtlər söyləyən cavan oğlan kimi xatırlayırıq.”

Kennedi 1961-ci ildə, cəmi 43 yaşında prezident olmuşdu.

Özünün məşhur inauqurasiya nitqində, Kennedi amerikalılara “ölkən sənin üçün nə edə biləcəyini soruşma, sən ölkən üçün nə edə biləcəyini soruş” demişdi. O həm də siyasi partiyaları ümumi məqsədlər üçün birliklə çalışmağa çağırırdı.

“Bu gün biz bir partiyanın yox, azadlığın qələbə çaldığının şahidi oluruq. Bu yeni bir dövrün başlanğıcıdır. Yenilənmə və dəyişiklər dövrünün başlanğıcı.”

Kennedinin prezidentliyi Sovet İttifaqı və Kuba ilə qarşıdurma, Vyetnam mühabəsi və kosmos yarışı ilə yadda qaldı. “Peace Corps” könüllülər proqramının yaradılması onun ən dayanıqlı miraslarından biri oldu. Tədqiqatçıların Kennedinin nailiyyətləri haqqında fikirləri fərqlidir. Onların əksəriyyəti düşünür ki, prezidentin faciəli ölümü və qısa prezidentlik dövrü onun haqqında obyektiv dəyərləndirməni qeyri-mümkün edir.

Kennedi özündən sonra bir neçə nəsil Amerika siyasətçilərini ruhlandırıb. Sabiq prezident Barak Obama həmin siyasətçilərdən biridir.

“Prezident Kennedinin möhkəm idarəçiliyi sayəsində Soyuq Müharibənin ən təhlükəli böhranı silah atışı olmadan həll edilmişdi. O, gənc qara kişi və qadınların istədikləri universitetdə təhsil almalarına təkan vermiş, könüllülərin dünyanın müxtəlif künclərinə sülh səfirləri kimi göndərmiş və ayı fəth etmək məqsədi qoymuşdu.”

Bu ayın əvvəli, Obama Con Kennedi şərəfinə Şücaət Mükafatı ilə təltif olunub. Bu mükafat Kennedinin nitqlərində vurğulanan siyasi cəsarətin nümayişinə görə verilir.

XS
SM
MD
LG