Accessibility links

Tramp Kennedinin ölümü ilə bağlı məxfi sənədləri ictimailəşdirəcək


Prezident Con Kennedi və birinci xanım Ceki Kennedi.
Prezident Con Kennedi və birinci xanım Ceki Kennedi.

ABŞ prezidenti Donald Tramp şənbə günü elan edib ki, o 1963-cü ildə öldürülən prezident Con F. Kennedi ilə bağlı daha çox məlumat təqdim edəcək məxfi sənədlərin ictimaiyyətə açılması göstərişi verəcək.

“Mən prezident kimi uzun müddətdir məxfi saxlanılan JFK (Con F. Kennedi) sənədlərini ictimailəşdirmək icazəsi verəcəm.” – deyə Tramp öz Twitter hesabında qeyd edib.

1992-ci ildə Kennedi Sui-Qəsd Sənədləri Yığılması Aktına əsasən sabiq prezidentin ölümü ilə bağlı məxfi sənədlərin sonuncu partiyasının ictimaiyyətə təqdim edilməsi tarixi bu ilin oktyabrın 26-sı müəyyən edilmişdi.

Qanuna əsasən sui-qəsdlə bağlı sənədlərin növbəti 25 il ərzində ictimailəşdirilməli idi. Lakin qanunda prezidentin bu məlumatların ölkənin xarici əlaqələrinə, hərbi əməliyyatlarına, kəşfiyyatına və hüquq-mühafizəsinə xələl gətirəcəyini hesab etdiyi halda, sənədlərin ictimailəşdirilməsinin təxirə sala biləcəyini qeyd olunmuşdu.

Daha öncə 30,000-ə yaxın sənəd ictimailəşdirilsə də, 3,000-dən çox sənəd hələ də məxfi olaraq qalır.

Kennedini araşdıran alimlərin əksər hissəsi hesab edir ki, ictimailəşdirilən sənədlər Li Harvi Osvaldın sui-qəsddən bir neçə həftə öncə Mexiko şəhərinə səfəri, Sovet və Kuba səfirlikləri ilə görüşü haqqında aydınlıq gətirəcək.

Osvald müstəntiqlərə bildirmişdi ki, onun səfirliklərə görüşünün səbəbi Sovet İttifaqına və Kubaya səfər etmək üçün viza əldə etmək idi.

Həftənin əvvəli respublikaçı siyasi məsləhətçi və Trampın yaxın adam hesab edilən Rocer Ston radio müsahibəsində Trampın tezliklə məxfi qalan sənədləri ictimailəşdirməli olduğunu söyləmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG