Accessibility links

Kentakkidə kiçik bir şəhər 3 dəqiqəlik şöhrətə hazırlaşır


Kentakkidə kiçik bir şəhər 3 dəqiqəlik şöhrətə hazırlaşır
please wait

No media source currently available

0:00 0:01:40 0:00

ABŞ-da 99 ildə ilk dəfə olaraq bütün ölkə üzərində günəş tutulması avqust ayında baş verəcək. Kentakki ştatında kiçik bir şəhərin əhalisi buna görə çox həyəcanlıdır.

Avqustun 21-də gündüz saat 1:24-də Kentakkinin Hopkinsvil şəhərinin üzərindəki səma qaralacaq, çünki ay günəşin qarşısına keçəcək.

Hopkinsvil kainatın mərkəzinə çevriləcək, çünki burada ən uzun günəş tutulması müddəti ən uzun burada olacaq. Məncə günəş tutulmasının ən uzun çəkəcəyi ikinci yer buradır.
Karter Hendriks

Karter Hendriks: “Hopkinsvili fərqləndirən cəhət odur ki, günəş tutulması ən uzun burada çəkəcək. Bu isə o deməkdir ki, ay günəşin ən böyük hissəsinin qarşısına burada, Hopkinsvilin üzərində keçəcək”.

Şəhərin meri Karter Hendriks deyir ki, şəhər həmin günə hazırlıqlar görüb.

“Hopkinsvil kainatın mərkəzinə çevriləcək, çünki burada ən uzun günəş tutulması müddəti ən uzun burada olacaq. Məncə günəş tutulmasının ən uzun çəkəcəyi ikinci yer buradır”, o deyir.

Kənd təsərrüfatı sahəsi üzərindəki qaranlıq iki dəqiqə 40 saniyə davam edəcək.

Hopkinsvil bu məlumatı 10 il bundan əvvəl öyrənib və günəş tutulmasını izləməyə gələcək ziyarətçi axınına hazırlıq üçün yarım milyon dollardan çox pul xərcləyib.

Günəş tutulması
Günəş tutulması

Şəhərdə artıq günəş tutulması əhval-ruhiyyəsi yaranıb.

“Biz həyəcanlıyıq, çünki 30 minlik icması olan bu şəhərə 100 minə yaxın insanın gələcəyini gözləyirk. Amma insanlar çox həyəcanlı və enerji doludur. Onlar bütün dünyadan ziyarətçilərə ev sahibliyi edəcəklərinə görə həyəcanlanırlar”, deyə mer bildirir.

Hendriks ümid edir ki, ziyarətçilər regionun mədəniyyəti, irsi və tarixi ilə tanış olacaqlar və daha sonra günəşli bir gündədə şəhərə geri dönmək istəyəcəklər.

XS
SM
MD
LG