Accessibility links

Kenyanın çəyirtkə fermaları


Keniyanın çəyirtkə fermaları
please wait

No media source currently available

0:00 0:02:04 0:00

Bildirildiyinə görə, ərzaq istehsalı və torpaqların istifadəsi yolunda əsaslı işlər görülməsə, dünya iğtişaşlar və qarşıdurmalarla üzləşəcək. "Qida və Torpaqdan İstifadə Koalisiyası" tərəfindən aparılan araşdırmaların nəticələrinə görə, əsas problemlər ərzaq çatışmazlığı və qlobal istiləşmədir. Buna görə də ərzaq çatışmazlığının qarşısının alıması üçün həşəratlardan istifadə təklif olunur.

Belə baxanda, bu çörəklərdə qeyri-adi bir şey yoxdur. Lakin bu çörəklər adi çörəklərdən fərqlidir. Bu çörəklərin ununa çəyirtkə qatılıb.

54 yaşlı Çarls Odira Kenyanın Kisumu bölgəsindəki fermasında çəyirtkə yetişdirir. O, belə bir fikrə Taylandda olarkən gəlib. “Mən çəyirtkə yetişdirildiyini orada gördüm. Bu, oradakı imkansız insanların qıdalanmasına yardım edirdi. Mən geri qayıdıb, çəyirtkə yetişdirməyə başladım” deyə, o bildirir.

Odira bu biznesə meşədə tutduğu 50 çəyirtkə ilə başlayıb. Hazırda isə onun 300 mindən çox çəyirtkəsi var. Onlar toyuq yemləri və bitki yağları ilə yetişdirilir.

Nairobidəki beynəlxalq “Böcək Fiziologiyası və Ekologiyası Mərkəzi”nin və ya ICIPE-nin alimlərinin fikrincə çəyirtkələr qida kimi insan üçün xeyirlidir. ICIPE-dən Tanqa Krisantus: “Çəyirtkələr zülalla zəngindir – 60-la 65 faiz arasında dəyişir. 25-30 faiz arasında ətdə olan zülaldan yüksəkdir. Həşərat zülalları süd verən analar və 5 yaşa qədər uşaqlar üçün çox xeyirlidir.”

Odira çəyirtkə yetişdirən yüzə qədər şəbəkə qursa da təhlükə davam edir. Bakterial infeksiya regionda olan bütün çəyirtkə şəbəkələrini məhv etdi və fermerlər hər şeyi sıfırdan başlamalı oldu. Onlara “Böcək Fiziologiyası və Ekologiyası Mərkəzi” yardım edir.

"Qida və Torpaqdan İstifadə Koalisiyası" həşərat yetişdirilməsinin qida çatışmazlığının həlli yolunda rolunun böyük olduğunu deyir. Odiranın yetişdirdiyi çəyirtkələr yeyilir, çğrəyə və peçenyaya qatılır. “Mən bu çörəyi çox sevirəm. Bu, adi çörəkdən fərqli olaraq, daha çox enerji verir” deyə, müştərilərdən biri bildirir.

XS
SM
MD
LG