Accessibility links

Keniyada kilsəyə qumbara atılıb


Hücum bir uşağın ölümü, üç uşağın isə yaralanması ilə nəticələnib


Keniya paytaxtı Nayrobidə kilsəyə qumbara ilə edilmiş hücum nəticəsində bir uşaq həyatını itirib, üç uşaq yaralanıb.

Polis rəisi Moses Ombati hücumun Somali yaraqlılarının Əl-Şəbəb qrupunu dəstəkləyən qüvvələr tərəfindən həyata keçirildiyinə inandığını bildirib.

Polisin verdiyi məlumata görə, qumbara uşaqlar bazar günü kilsə məktəbində olduğu zaman kilsə binasına atılıb.

Hücuma görə məsuliyyəti öz üzərinə götürən olmayıb.

Keniya Somaliyə keçən il silahlı qüvvələrini göndərdikdən sonra kilsələrdə bazar günü hücumuna oxşar hücumların hədəfi olub.

Əl-Şəbəb yaraqlılarına qarşı Somalidə mübarizə aparan Keniya silahlı qüvvələri cümə günü Port Kismayoya daxil olaraq, onları ən böyük son istehkamlarından çıxmağa vadar edib.
XS
SM
MD
LG