Accessibility links

Rok janrında yeni səs - Keramika gitarı [Video]


Rok janrında yeni səs - Keramika gitarı
please wait

No media source currently available

0:00 0:02:48 0:00

Rok gitaristləri üçün müvəffəqiyyət asan başa gəlmir. Sənin başqalarından fərqləndirən bir xüsusiyyətin olmalıdır, deyə Lobos Neqros musiqi qrupunun baş ifaçısı Luis Martin bildirir.

Luis Martin: "Mən hər kəsin öz musiqisində istifadə edə biləcəyi fərqli səsi almaq istədim. Rok-n-roll, rokabilli, Bluz, Regge və sairə üçün."

Onun yaşadığı yer Talavera de la Reina İspanyada keramika sənətinin vətəni sayılır. Keramikadan evləri bəzəməkdə istifadə olunur. Beləliklə keramika gitarası ideyası təbii olaraq yaranıb.

Dulusçu Manuel Karrilli deyir ki, incə gövdəyə sahib, çatı olmayan keramika gitara düzəltmək onun üçün asan olmayıb.

Manuel Karrilli: "İncə gil divarlar içəridən düzəldilir. Sonra biz yerdə qalan mayeni təmizləyirik. Daha sonra həmin hissəyə deşiklər açırıq ki, guitarist ehtiyacı olan hər şeyi qura bilsin. Və sonda gil bişdikdən sonra onu şirələyir və bəzəyirik."

Martin deyir ki, hələ 1950-ci illərdə ABŞ rok musiqiçiləri keramik materialların gur səs çıxardığını kəşf etmişdilər.

Luis Martin: "50-ci illərdə səs və gitara musiqiləri hamamda lentə yazılırdı. Bunu Memfis dediyimiz, bizim dostumuz Elvisin də istifadə etdiyi mikrafon ortada üsulu davam etdirdi. Gil və keramikadan düzəldilmiş kafellər xüsusi bir səs yaradır."

Keramik gitara təxminən 3000 dollara başa gəlir və ağırlığı 3 kilo yarımdır. Hər bir gitara unikaldır, nömrələnib və fərqli dekorasiyası var.

Luis Martin və Lobos Neqros musiqi qrupu ölkə boyu səyahət edərək keramik səslə yeni azarkeş toplayacaqlarına ümid edirlər.

XS
SM
MD
LG