Accessibility links

Nəsilləri kəsilməkdə olan kərgədanların xilası [Video]


Nəsilləri kəsilən kərgədanların xilası
please wait

No media source currently available

0:00 0:02:40 0:00

Kərgədanlara ən böyük təhlükə onları buynuzlarına görə öldürən brakonyerlərdir. Elmi əsasları olma sa, Viyetnam və Çində yayılmış xürafata əsasən kərgədanın buynuzundan düzəldilmiş dərman müxtəlif xəstəlikləri və pozuntuları müalicə edə bilər.

2008-ci ildən bəri Cənubi Afrikada brakonyerlərin öldürdükləri kərgədanların sayı 3000-ə çatıb. Beynəlxalq Təbiəti Mühafizə İttifaqı xəbərdarlıq edir ki, 2026-cı ilədək onların nəsli tükənə bilər.

Şimali ağ kərgədanların əslində rəngi bozdur və vəhşi təbiətdə yoxdurlar. Onlardan sadəcə dördü həyatda qalıb və xüsusi yerdə qorunur. Üç dişi və Sudan adlanan bir erkək kərgədan.

Zaçarian Mutahi: "Əgər biz onu itirsək, bu, nəsli kəsilməkdə olan heyvanlar üçün böyük itki olacaq."

Təbii yolla hamiləlik və doğmaq onlar arasında imkansızdır. Beləliklə alimlər laboratorya şəraitində ağ kərgədanların yumurtalarını dölləndirməyə və cənubi ağ kərgədan dişilərini mayalandırmağa çalışırlar.

Riçard Viqn: "İlk vəzifə üç dişidən yumurtaları çıxarıb, onları şimal ağ kərgədanlarının spermləri ilə qarışdıraraq rüşeym meydana gətirməkdir. Daha sonra bununla ağ dişi kərgədanları mayalandıraraq şimal ağ kərgədan balası meydana gətirəcəyik."

Eyni zamanda ABŞ-dan iki alim bildirib ki, onlar son biotexnologiyanın köməyi ilə süni kərgədan buynuzu düzəldiblər. Bu, əsl buynuza oxşamaqla bərabər tərkibində eyni zülallar daşıyır.

Matyu Markus: "Bu, hələlik bioloji baxımdan eyni deyil, lakin hədəfimiz bunadır."

Onlar ümid edirlər ki, brakonyerlər üçün həyatlarını təhlükəyə atıb əsl kərgədanları ovlamaq və ya uzun müddət həbsxanalara düşməkdənsə laboratoriyada yetişdirilmiş buynuzu asiyalı müştərilərə satmaq həm ucuz, həm də təhlükəsiz olacaq.

Müştərilər süni buynuzu əsl buynuzdan ayırd edə bilməyəcək. Tədqiqatçılar deyir ki, bazara süni buynuzun daxil olması ilə heyvanların həyatı brakonyerlərdən qorunmuş olacaq.

XS
SM
MD
LG