Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin mühafizəçisi Bəhruz Həsənov bu gün günorta mülki geyimli şəxslər tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Amerikanın Səsi radiosuna bildiriblər ki, Həsənov vətəndaş Nazim Əliyevi döydüyü və təhqir etdiyi üçün Əliyevin şikayəti əsasında saxlanılıb, araşdırma aparılır. “Həsənovun müxalifətə mənsub olduğu üçün saxlanması barədə iddialar əsassızdır”, - deyə mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov qeyd edib.
Lakin, AXCP lideri Əli Kərimli əmindir ki, Həsənovun saxlanması ona qarşı təzyiq kampaniyasının bir hissəsidir.
Bəhruz Həsənov keçmiş “vicdan məhbusu” Babək Həsənovun qardaşıdır və könüllü olaraq AXCP liderinin mühafizəsi ilə məşğul olur”.