Accessibility links

Kərkükdə bomba hücumu zamanı 38 nəfər həlak olub


İraqda Kərkük şəhərinin polisi və tibb işçiləri çayxanada intiharçının üzərindəki partlayıcıları işə salması nəticəsində 38 nəfərin öldüyünü, 26 nəfərin yaralandığını bildirib.

Bomba partlayşı axşam insanların çayxanada iftar yeməyi zamanı baş verib.

Hələlik hücuma görə məsuliyyəti öz üzərinə götürən olmayıb. Lakin son aylar yaraqlıların 2003-cü ildə ABŞ-ın müdaxiləsindən sonra şiələrin üstünlüyünə etiraz edən daha çox sünnini öz sıralarına cəlb edərək, regionda gücləndiyi müşahidə edilir.

Yaraqlıların bu ilin əvvəlindən başladığı zorakılıqlar İraqda etnik kürdlər, şiə və sünni müsəlmanların hakmiyyyətin bölüşdürülməsilə bağlı güzəşt tapa bilmədikləri daha halda daha geniş münaqişəyə yol açıla biləcəyi ilə bağlı narahatlıqların artmasına səbəb olub.

Neftlə zəngin Kərkükün status 2007-ci ildə keçirilməsi nəzərdə tutulan referendum nəticəsində müəyyən edilmədi idi. Lakin tərəflər arasında siyasi fikir ayrılıqları referendumun keçirilməsinə mane oldu.
XS
SM
MD
LG