Accessibility links

Con Kerri Kürdüstan vilayətinin prezidenti Məsud Bərzani ilə görüşüb


ABŞ dövlət katibi İraqa səfəri çərçivəsində bu gün muxtar Kürdüstan vilayətinin İrbil şəhərində prezident Məsud Bərzani ilə görüşüb. Çon Kerri deyib ki, vahid bir hökumətin təşkili İraq qarşısında duran ən mühüm məsələdir. Bərzani isə İraqın yeni reallıqlarla üzləşdiyini və kürdlərin şahid olduqları böhranı həll etmək istədiklərini deyib.

Kürd qüvvələri neftlə zəngin Kərkük şəhərinin nəzarətini ələ keçirib. Şəhər İŞİD döyüçülərinin hücumu nəticəsində İraq qüvvələrinin tərk etdiyi ərazilərdən biridir.

ABŞ dövlət katibi İraq kürdlərinin rolunun əhəmiyyətini vurğulayaraq, onların siyası proseslərdən uzaqlaşmasını neqativ nəticələrə yol açacağını deyib.

Con Kerri dünən baş nazir Nuri Əl-Maliki ilə görüş keçirib. Dövlət katibi deyib ki, İraq liderləri iyulun 1-də yeni hökumətin təşkili ilə bağlı yığıncaq keçirəcək.

İraqdan sonra Kerri Brüsseldə NATO-nun xarici işlər nazirlərinin toplantısına qatılacaq. Görüş zamanı İraqdakı vəziyyət müzakirə ediləcək.

BMT-nin təxminlərinə görə, iyun ayında İraqda 1000 nəfərdən artıq insan öldürülüb.
XS
SM
MD
LG