Accessibility links

ABŞ dövlət katibi Çin də daxil edilməklə, 5 ölkəyə səfərə başlayır


ABŞ dövlət katibi Çin də daxil edilməklə, 5 ölkəyə səfərə başlayır. Con Kerrinin səfəri Şimali Koreyanın nüvə proqramı və Çinin Pxenyanın cəzalandırılması səylərinə dəstək verməməsinə dair narahatlıqların artdığı vaxta təsadüf edir.

Bu yaxınlarda Şimali Koreya hidrogen bombasını “müvəffəqiyyətlə” sınaqdan keçirdiyini bildirib. Pxenyan nüvə proqramına son qoyulmasına çağıran BMT Təhlükəsizlik Şurasının qətnaməsini pozub. Birləşmiş Ştatlar, Yaponiya Cənubi Koreya və hətta müəyyən dərəcədə Çin belə Pxenyanın bu son provokasiyasını tənqid edib.

Çin Şimali Koreyanın beynəlxalq ictimaiyyətlə əməkdaşlığında böyük rol oynaya bilər

Şimali Koreyanın əməli onun ABŞ və onun regional müttəfiqləri ilə diplomatik əlaqələrində çaxnaşma yaradıb.

ABŞ dövlət katibinin müavini Antoni Blinken deyib ki, Amerika Koreya Respublikası və Yaponiyanın 5 ölkə ilə bərabər Şimali Koreyanın kəskin qınağına qoşulur.

Təhlilçilərin dediyinə görə, Çin Şimali Koreyanın beynəlxalq ictimaiyyətlə əməkdaşlığında böyük rol oynaya bilər.

Xarici Əlaqələr Şurasından təhlilçi Skott Snayder bildirib ki, ərzaq və yanacağının 80 faizini Çindən alan Pxenyan Çinlə yaxın əlaqələrə malikdir. O, bu yaxınlığın əməkdaşlığa yardım edə biləcəyini diqqətə çatdırıb. Lakin Snayder Çinin BMT-nin Təhlükəsizlik Şurası üzvlərinin Şimali Koreyanın cəzalandırılması təklifini dəstəkləmədiyini də bildirib.

ABŞ dövlət katibi Çindən əvvəl İsveçrənin Davos şəhərində təşkil ediləcək Beynəlxalq İqtisadi Forumda iştirak etməlidir.

Şimali Koreya nüvə sınağından sonra təbirə dəvət almayıb. Pxenyan bunun ədalətsiz siyasi motivlərə əsaslandığını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG