Accessibility links

ABŞ dövlət katibi Çinlə Koreya yarımadasının nüvəsizləşdirilməsinə dair razılıq əldə edib


ABŞ dövlət katibi Çinlə Koreya yarımadasının nüvəsizləşdirilməsinə dair razılıq əldə etsə də, Pxenyanın cəzalandırılması səylərinə Çinin dəstəyini qazana bilməyib.

Pekində Con Kerri ilə görüşündən sonra Çinin xarici işlər naziri Vanq Yi deyib ki, ölkəsi BMT-nin Pxenyanın nüvə proqramına görə cəzalandırılma qətnaməsinə dəstək verməyə hazırlaşır. Lakin nazir cəzalandırılma dedikdə nəyi nəzərdə tutduğundan danışmayıb.

Kerri isə BMT-nin daha kəskin qətnamə qəbul etməsində konsensusa ehtiyac olduğunu bildirib. ABŞ dövlət katibi deyib ki, Çin Şimali Koreyanın beynəlxalq ictimaiyyətlə əməkdaşlığında böyük rol oynaya bilər.

Bu yaxınlarda Şimali Koreya hidrogen bombasını “müvəffəqiyyətlə” sınaqdan keçirdiyini bildirib. Pxenyan nüvə proqramına son qoyulmasına çağıran BMT Təhlükəsizlik Şurasının qətnaməsini pozub. Birləşmiş Ştatlar, Yaponiya Cənubi Koreya və hətta müəyyən dərəcədə Çin belə Pxenyanın bu son provokasiyasını tənqid edib.

Kerri birgünlük səfəri çərçivəsində Çin prezidenti Tsi Cinpinq və digər yüksək səlahiyyətli rəsmilərlə görüşüb.

Görüşlər zamanı Cənubi Çin dənizindəki gərginliklər məsələsi də müzakirə edilib. Lakin gərginliklərin azaldılmasına dair hər hansısa razılıq əldə edildiyi bildirilməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Avstraliya ABŞ və Britaniya ilə yeni müdafiə sazişi imzalayıb
please wait

No media source currently available

0:00 0:12:53 0:00

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG