Accessibility links

Con Kerri Çinə xəbərdarlıq edib


Çinlə əməkdaşlığa dair yüksək səviyyəli görüşdən öncə ABŞ dövlət katibi Çini Cənubi Çin dənizində müdafiə zonasına (ADİZ) malik olduğu iddialarından əl çəkməyə çağırıb.

Con Kerri deyib ki, dənizin bir hissəsinin Çinə məxsus olduğuna dair iddialar provokativ mahiyyət daşımaqla yanaşı, sabitsizləşdirmə əməlidir.

İddialar provokativ mahiyyət daşıyır

​Kerri bunları Monqolustanın xarici işlər naziri ilə görüşüdən sonra keçirdiyi mətbuat konfransında deyib.

Dövlət katibi Sinqapurda Asiya ölkələrinin müdafiə nazirlərinin Şanqi-la Dialoqunda iştirak edib.

Çinin yüksək rütbəli ordu nümayəndəsi bir gün əvvəl Amerikanın müdafiə naziri Eş Karterin dediklərinə etirazıını bildirib. Karter Çini Cənubi Çin dənizinin militarizasiyasına görə özünü dünyadan təcrid etdiyini deyib.

ADIZ mülki təyyarələr də daxil edilməklə, həmin zoyana uçmaq üçün bütün təyyarələr Çinin qeydiyyatından keçməlidir. Çinin iki il əvvəl elan etdiyi bu iddia ABŞ-ın ciddi narazalığı ilə qarşılanıb.

XS
SM
MD
LG