ABŞ bu ayın əvvəlində tribunalın Pekin əleyhinə qərar çıxarmasından sonra Çin və Filippinin Cənubi Çin Dənizinə dair birbaşa danışıqlara başlamaq istəyini alqışlayır.
Çin xarici işlər naziri Vanq Yi ilə görüşündən bir gün sonra Birləşmiş Ştatlar dövlət katibi Con Kerri deyib ki, Çin Filippinlə ikitərəfli danışıqlara qoşulmağa hazır olduğuna dair istəyini nümayiş etdirib.
Bu gün paytaxt Manilada Kerri bir neçə yüksək vəzifəli Filippin rəsmisi ilə görüşüb. Görüşlərə Filippin prezidenti Rodriqo Duterte ilə danışıqlar da daxil olub.
Kerri keçirdiyi mətbuat konfransında deyib ki, ABŞ Çin və Filippin də daxil olmaqla Cənubi Çin Dənizinə iddia edən bütün tərəfləri danışıqlar aparmağa, diplomatik, ikitərəfli və hərtərəfli yolla məsələni həllə etməyə və addımlar atmaq üçün inam yaratmağa çağırır.
Vaşinqton heç vaxt Pekin və Manila arasında birbaşa danışıqların əleyhinə olmayıb.