Accessibility links

Con Kerri Petro Poroşenko ilə görüşmək üçün Ukraynaya yollanıb


ABŞ Dövlət Katibi Con Kerri Ukrayna prezidenti Petro Poroşenko ilə görüşmək üçün Kiyevə gedib. Cənab Proşenko rusiyapərəst separatçılara qarşı mübarizə üçün Qərbdən silah yardımı istəyir.

Kerrinin səfərindən əvvəl ABŞ Ukraynaya 16 milyon dollar həcmində humanitar yardım söz verib. Silah yardımı müraciətinə isə hələ baxıldığı deyilir.

Fransa prezidenti Fransua Olland bildirib ki, o və Almaniya Kansleri Angela Merkel münaqişənin həlli istiqamətində nəzərdə tutulmuş yeni planın təqdimatı üçün Ukraynaya səfər edəcək.

Bu arada Brüsseldə NATO Moskvanın Ukraynada aqressiv addımlarına qarşı Rusiya sərhəddi yaxınlığında müdafiələri gücləndirəcəyini bildirib.

ABŞ Müdafiə Naziri Çak Heygel həmçinin Brüsseldə görüşlərdə iştirak edir. Vitse prezident Co Baydennin görüşlərdə iştirak etmək üçün bu həftənin sonu Brüsselə səfər edəcəyi gözlənir.

Tərəflər arasında doqquz ay davam edən atəşkəsin pozulmasından sonra Ukraynanın nəzarətində olan Debalçev qəsəbəsində döyüşlər vüsət alıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG