Accessibility links

Dağlıq Qarabağ Kerrinin gündəliyində


Yaxın Şərq, Avropa və Asiya ölkələrinə iki həftəlik səfərə başlayan ABŞ Dövlət katibi Con Kerri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə görüşdə iştirak edəcək.

Kerri Vyanada ATƏT-in Mink Qrupunda daha iki həmsədr ölkə olan Rusiya və Fransanın xarici işlər nazirləri ilə Azərbaycan Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması səylərini müzakirə edəcək. Dağlıq Qarabağ rəsmən Azərbaycanın ərazisidir.

ABŞ Dövlət katibi Con Kerri və Azərbaycan prezidenti İlham Əliyev
ABŞ Dövlət katibi Con Kerri və Azərbaycan prezidenti İlham Əliyev

"Kerri Rusiya və Fransa ilə birlikdə Ermənistan və Azərbaycan prezidentlərinin görüşündə iştirak edəcək"-deyə cümə günü Dövlət Departamentinin sözçüsü Con Kirbi brifinqdə bildirib.

Aprel ayının əvvəlində regionda son illər ərzində ən ciddi hərbi toqquşmalar baş verib.

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş, Vyana, 2013-cü il
Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş, Vyana, 2013-cü il

Con Kerri gərginliklərlə bağlı açıqladığı bəynatda Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xəttində atəşkəs rejiminin pozulmasını qınayıb və həmsədr ölkə kimi "Birləşmiş Ştatların möhkəm və davamlı sülhə nail olmaq üçün tərəflərlə işləməyə sadiq qaldığını" bəyan edib.

ABŞ Dövlət katibi Suriya münaqişəsini müzakirə etmək üçün Vyanada Suriyaya Beynəlxalq Dəstək Qrupunun üzvləri ilə bir araya gələcək.

Vyanadan öncə Kerri Suriyada atəşkəsə dəstəyə nail olmaq üçün Səudiyyə Ərəbistanına səfər zamanı kral Salman və Xarici İşlər naziri Adel Əl-Cubeyrlə danışıqlar aparıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG