Accessibility links

Con Kerri qaçqın böhranının həlli səylərinin artırılmasına çağırıb


ABŞ dövlət katibi dünya ölkələrini müharibələr səbəbi ilə yaranan qaçqın böhranının həlli səylərini artırmağa çağırıb. Con Kerri digər qlobal böhranlar və artmaqda olan terrorizm təhdidlərinin qarşısının alınmasına səsləyib.

İsveçrənin Davos şəhərində Beynəlxalq İqtisadiyyat Forumunda iştirakından sonra Kerri Səudiyyə Ərəbistanına yola düşəcək.

Bundan əvvəl dövlət katibinin Omanın xarici işlər naziri Yufuf Bin Ələvi Bin Abdulla ilə elm və texnoloji əməkdaşlığa dair razılıq imzalayacağı gözlənilir.

ABŞ dövlət katibi Çin də daxil edilməklə, 5 ölkəyə səfər edir.

Con Kerrinin səfəri Şimali Koreyanın nüvə proqramı və Çinin Pxenyanın cəzalandırılması səylərinə dəstək verməməsinə dair narahatlıqların artdığı vaxta təsadüf edir.

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG