Türkiyənin xarici işlər naziri iki günlük rəsmi səfərlə Vaşinqtondadır. Əhməd Davutoğlu səfəri çərçivəsində ABŞ-ın yüksək səlahiyyətli rəsmiləri ilə qarşılıqlı əlaqələr və regional inkişafları müzakirə edib.
Nazir dünən müdafiə naziri Çak Heygellə görüşüb. Pentaqonda aparılan danışıqların əsasən Suriya ətrafında olub. Müzakirələrin diqqət mərkəzində Suriyanın vətəndaş müharibəsi, İraq, İran və Əfqanıstanda vəziyyət kimi məsələlər yer alıb. ABŞ-ın müdafiə naziri Əhməd Davutoğluna Suriya qaçaınlarına göstərilən humanitar yardımlara görə təşəkkürünü bildirib.
Davutoğlu günün ikinci yarısında amerikalı həmkarı Con Kerri ilə görüşüb.
ABŞ dövlət katibi Con Kerri ilə görüşdükdən sonra təşkil edilən birgə mətbuat konransında Türkiyənin xarici işlər naziri müxbirlərin sullarını cavabandırıb. Davutoğlu deyib ki, Türkiyə-Amerika münasibətləri sadəcə təhlükəsizlik kimi strateji əməkdaşlıq deyil,iki ölkə və dünya xalqlarının rifah halının yaxşılaşması və demokratiyanın inkişaf etdirilməsinə əsaslanır.
Nazir Obama administrasiyasının İranın nüvə proqramı ilə bağlı diplomatiyasını yüksək qiymətləndirdiyini, Cenevrə müzakirələrini dəstklədiyini deyib.
ABŞ dövlət katibi Con Kerri Türkiyənin İsraillə daha əvvəl olduğu kimi hər iki ölkənin marağı olduğu sahələrdə əməkdalığı davam etdirəcəyini deyib. Kerri Türkiyədə davam etdirilən islahatların Türkiyə ictimaiyyətinə daha çox açıqlıq və müstəqillik gətirəcəyini vurğulayıb.
ABŞ dövlət katibi ölkələr arasında münasibətlərin şübhə edilməyəcək dərəcədə yaxşı olduğunu, lakin bəzən fikir ayrılıqları yaşandığını deyib. “Bəzən anlaşılmazlılar yaşanır, lakin dostlar arasında fikir ayrılıqları olur. Bunların öhdəsindən gəlmək üçün əməkdaşlığımızı davam etdiririk.”
ABŞ dövlət katibi Con Kerri deyib ki, İsrailin baş naziri Benyamin Netanyahunun İranla potensial nüvə razılığına dair etirazını ifadə etməyə haqqı var, lakin onun narahatlıqları əsassızdır.
Mətbuat konfransında Kerri İranla əldə ediləcək razılığın yəhudi dövlətini zəiflədə biləcəyinə dair İsrail liderinin qorxusunu başa düşdüyünü deyib.
Altı dünya qüdrəti – ABŞ, Rusiya, Britaniya, Fransa, Çin və Almaniya Cenevrədə İranla ikinci raund danışıqlarda iştirak edəcək.
Türkiyənin xarici işlər naziri son dəfə Amerikada Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla may ayında olub.