ABŞ Dövlət katibi Con Kerri Qüdsdə gərgin durum, Suriya və İraqda İslam Dövləti qrupunun militantlarına qarşı mübarizə məsələlərini müzakirə etmək üçün İordaniyaya səfər edir.
2013-cü ildə Amerikanın baş diplomatı kimi regiona ondan çox səfər edən Con Kerri İordaniya kralı Abdulla ilə görüşəcək.
İsrail-Fələstin sülh prosesi onlar Dövlət katibi Con Kerri üçün prioritet məsələlərdən biridir. Bir il əvvəl tərəflər üç illik fasilədən sonra danışıqları bərpa etmişdi.
Lakin danışıqlar aprel ayında başa çatdıqdan sonra iyul və avqust aylarında 50 günlük müharibə və Qüdsdə müqəddəs məbədlərlə bağlı son zamanlar baş vermiş toqquşmalar münasibətlərlə yenidən kəskin geriləməyə səbəb olub.
İordaniyadan sonra Con Kerri sülh və təhlükəsiziliyə dair forumda iştirak etmək və ölkə rəsmiləri və liderlərlə danışıqlar aparmaq üçün Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək.