Accessibility links

Con Kerri İsrail-Fələstin sülh razılaşmasına dair təkliflərlə İsrailə qayıdıb


ABŞ dövlət katibi Con Kerri İsrail-Fələstin sülh razılaşmasına dair təkliflərlə İsrailə qayıdıb. Onun səfəri tərəflərin sülh müzakirələrinin bərpasına müqavimət göstərdikləri vaxt həyata keçirilir.

İsrailin baş naziri fələstinlilərlə gələcək müzakirələrin perspektivləri haqda bədbin notlarla çıxış edib. O deyib ki, indi dünyada fələstinlilərin sülh istəyinə inanların sayı azalır. Kerri ilə görüşü zamanı Netanyahu Fələstin rəhbərliyini İsrailə qarşı nifrəti yaymaqda günahlandırıb.

Həm israil, həm də Fələstin yəhudi yaşayış məntəqələrinin inşası və təhlükəsizlik şərtlərinə görə narahatdır.

Kerrinin İsrailə gedişi İsrailin daxili işlər naziri Gideon Saarın başçılığı ilə nümayəndə heyətinin strateji mahiyyət kəsb edən İordanıyanın Qərb sahilində yeni yəhudi yaşayış məntəqəsinin təməlinin salınması mərasimində iştirak etməsinə təsadüf edir.

İsrail-Fələstin sülh müzakirələri 3 illik dondurulmadan sonra 5 ay əvvəl bərpa edilib.
Lakin buna baxmayaraq tərəflər Fələstin dövlətinin yaradılması, Şərqi Qüdsün statusu və fələstinli qaçaınların qaytarılması kimi məsələlərdə ortaq zəmin əldə edə bilmir.

İordaniya vadisi də mübahisəli məsələlər arasında yer alır. İsrailin təhlükəsizlik qüvvələri İordan çayının qərb hissəsinin bəzi bölglərini hələ də nəzarəti altında saxlayır.
XS
SM
MD
LG