Birləşmiş Ştatların dövlət katibi Con Kerri ABŞ və Rusiya ordularının Suriyada döyüş zamanı bir-birinə maneə yaratmamasının yollarını müzakirə etmək üçün təcili görüş tələb edir.
“İŞİD-i hədəf almaq başqa bir məsələdir, amma biz narahatıq ki, reallıqda baş verən bu olmasın,” deyə cənab Kerri bildirib.
Rusiya İŞİD-i dəf etmək istədiyini desə də, rəsmi Moskvanın yanaşması narahatlıq doğurur.
“Belə görünür ki, onlar İŞİD-in olmadığı yerlərdə hava hücumları həyata keçirirlər və bizim onların yanaşması ilə olan problemimiz də budur,” deyə Eşton Karter bildirib.
Kerri və Lavrov görüşlərinin konstruktiv olduğunu desələr də, onlar etiraf edir ki, irəliləyiş əldə etmək üçün daha çox iş görülməlidir.
“Biz hər birimiz demokratik, vahid və dünyəvi, müxtəlif etnik və dini qrupların hüquqlarının təmin olunduğu bir Suriya istəyirik. Amma bizim bunu əldə etməyin yolları üzərində fərqli fikirlərə sahibik," deyə Sergey Lavrov bildirib.
Suriya prezidenti Bəşər Əsədin ölkəsini İŞİD-dən qurtarmağa çalışan qüvvələri dağıtmağa çalışıb-çalışmayacağını isə zaman göstərəcək.