Accessibility links

Con Kerri Londona səfər edib


Suriyanın Türkiyənin dəstəklədiyi rəqib qüvvələrinin İslam Dövlətinin nəzarətində olan şəhəri geri aldıqları gün ABŞ dövlət katibi Avropa müttəfiqləri ilə Suriyada atəşkəs əldə edilməsi məqsədi ilə Londona səfər edir.

Türkiyə sərhədindən 10 kilometerlik məsafədə yerləşən Dabiq şəhəri İŞİD üçün strateji əhəmiyyət kəsb edirdi.

Dünən ABŞ dövlət katibi Con Kerri rusiyalı həmkarı Sergey Lavrovla bir həftədir bombardmant edilən Hələb şəhərində atəşkəs əldə edilməsi üçün müzakirələr keçirib.

Kerri deyib ki, bir neçə ideya var və onlara dərhal əməl edilməlidir. Müzakirələrin təfərrüatına varmayan dövlər katibi ciddi danışıqlar aparldığını vurğulayıb.

Vaşinqton Moskva ilə Suriyaya dair birbaşa danışıqları Hələb şəhərinin bombardmanının davam etdirilməsinə görə təxirə salmışdı.

ABŞ və Qərb Rusiya və Suriya qüvvələrini Hələbdə xəstəxanaları və BMT-nin yardım konvoyunu hədəf aldığına görə müharibə cinayətlərinə əl atmaqda ittiham edir.

Dünya ictimaiyyəti Hələbdə 72 saatlıq atəşkəs əldə edilməsini və bu yolla yaralılar və xəstələrin evakuasiyası, habelə əhalinin ərzaq və dərmanla təmin edilməsinə imkan yaradılmasına çağırır.

Rəqib döyüşçülərin şərq, ordunun isə qalan hissəsinə nəzarət etdiyi şəhərdə hələ də yüz minlərlə insan var.

Türkiyə avqustun 24-dən bəri İŞİD-ə qarşı kampaniyaya start verib. Qərar Qazientep şəhərində 51 adamın ölümü ilə nəticələnən hücumdan sonra verilib.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan sərhəd bölgələrinin 5 min kvadrat kilomertlik ərazisini terrordan azad edəcəyinə and içib.

XS
SM
MD
LG