Accessibility links

Kerri və Lavrov Suriyada vəziyyəti müzakirə edib


ABŞ dövlət katibi Con Kerri və Rusiyanın xarici işlər naziri Sergey Lavrov çərşənbə axşamı günü telefon söhbəti zamanı Suriyada sülhə dair planı müzakirə edib.

Röyters agentliyinin Rusiya Xarici İşlər nazirliyinin yaydığı bəyanata əsasən verdiyi xəbərə görə, Lavrov dövlət katibi Kerriyə xəbərdarlıq edib ki, Suriya üsyançılarına silah verilməsinin şərtlərinin yüngülləşdirilməsi tələfatların sayının artmasına səbəb ola bilər.

Rusiya bundan öncə Birləşmiş Ştatların Suriya üsyançılarına silah verilməsinin şərtlərinin yüngülləşdirilməsini "düşmən hərəkəti" kimi qiymətləndirərək, bunun Rusiya hərbçiləri, eləcə də Rusiyanın Suriyda maraqlarını təhlükə altına aldığını bildirib.

Hələbdən şimalda üsyançı qüvvələr
Hələbdən şimalda üsyançı qüvvələr

Rusiya Xarici İşlər nazirliyinin sözçüsü Mariya Zaxarova çərşənbə axşamı günü qərarla bağlı kəskin təndiqini ifadə edib. O, prezident Obamanın bu yaxınlarda imzaladığı müdafiə haqqında yeni qanun layihəsində zenit-raket kompleksləri də daxil olmaqla, üsyançılara silah çatdırılmasının mümkünlüyünün nəzərdə tutulduğunu qeyd edib.

O deyib ki, Rusiyanın hərbi-hava qüvvələri, eləcə də Rusiya hərbçiləri və ölkənin Dəməşqdəki səfirliyinin işçiləri birbaşa təhlükə qarşısında ola bilər. Onun sözlərinə görə, üsyançılara çatdırılan hər hansı hərbi sursat tez zamanda cihadçıların əlinə keçəcək.

Suriya prezidenti Bəşar Əl-Əsəd hökumətinin uzun zamandır müttəfiqi olan Rusiyanın Latakiya şəhərində hərbi-hava bazası var. Rusiya Suriyaya üsyançıların ələ keçirdiyi ərazilərin nəzarətini geri qaytarmaqda kömək edib. Bu üsyançı qüvvələrin bir hissəsi Birləşmiş Ştatlar tərəfindən dəstəklənir.

Bu yaxınlarda üsyançıların son qrupu Əsəd qüvvələrinin Rusiyanın köməyi ilə nəzarətini ələ keçirdiyi Hələb şəhərini tərk etdi. Obama bu ay keçirdiyi mətbuat konfransında bütün dünyanın Suriya rejiminin və onun Rusiya və İran kimi müttəfiqlərinin Hələbdə keçirdiyi hücumlardan sarsıldığını deyib.
ABŞ-ın Suriyadakı strategiyası İŞİD qrupuna qarşı mübarizəyə yönəlib.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG