Accessibility links

Con Kerri son iki gündə Mahmud Abbasla ikinci dəfə görüşdü


ABŞ dövlət katibi Con Kerri İsraillə Fələstin arasında süld danışıqlarının bərpası səyləri ilə son iki gündə ikinci dəfədir fələstinlilərin prezidenti Mahmud Abbasla görüşür.

Cənab Kerri bu həftə İordaniya və İsrailə səfər edir. Bu gün cənab Abbasla görüşmək üçün İordaniya paytaxtı Əmmana gedəndən sonta dövlət katibi yenidən Qüds qayıdaraq İsrail rəsmiləri ilə danışıqlar aparmağı planlaşdırır.

Sülh danışıqlarının bərpası üçün heç bir vaxt məhdudiyyəti qoyulmadığını bildirən cənab Kerri deyib ki, ləngimə danışıqlarda boşluq yaranmasına yol açır.
XS
SM
MD
LG