Accessibility links

Ceyson Rezaian həmkarları və ABŞ dövlət katibi Con Kerri ilə görüş keçirib


The Washington Post qəzetinin İranda həbsdə saxlanılan müxbiri Ceyson Rezaian həmkarları və ABŞ dövlət katibi Con Kerri ilə görüş keçirib.

545 gün həbsdə olan Ceyson vətəninə döndüyü üçün özünü xoşbəxt hiss etdiyini, ABŞ rəsmiləri, qohumları, dostları və həmkarları da daxil edilməklə, çoxsaylı insana onun həbsdən azad edilməsi səylərinə görə minnətdarlığını bildirib.

39 yaşlı Rezaian yanvar ayının 16-da azadlığa buraxılıb. Həmin gün İranla nüvə proqramını məhdudlaşdırması müqabilində beynəlxalq sanksiyalar ləğv edilmişdi.

"Ceysonun evə qayıtması hamı üçün sevindirici olub"-deyə Con Kerri emosional vəziyyətdə bildirib.

ABŞ dövlət katibi jurnalistin azadlığını heç kimin arxada qalmayacağı vədlərinin həyata keçməsi adlandırıb.

Washington Post qəzetinin müxbiri Rezaian 2014-cü ilin iyul ayında həbs edilənədək, həyat yoldaşı Yeganə Salehi və digər iki nəfərlə birlikdə İranda 2012-ci ildən bəri işləyirdi.

Rezaian casusluq və digər ittihamlarla həbs edilmişdi.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG