Accessibility links

Con Kerri: Rusiya Krımın ilhaqına görə daha ciddi sanksiyalarla qarşılaşa bilər


ABŞ Dövlət katibi Con Kerri deyib ki, Rusiya Krımın ilhaq edilməsinə görə daha ciddi ABŞ sanksiyaları ilə qarşılaşa bilər.

Amerikanın Səsinin fars xidmətinə müsahibə verən Con Kerri bildirib ki, Birləşmiş Ştatlar bir ölkənin İkinci Dünya müharibəsindən sonra dünyanın nizamı və beynəlxalq strukturların pozmasına imkan verməyəcək.

Onun sözlərinə görə, bunun nəticəsi olaraq, Rusiya prezidenti Vladimir Putinin hökuməti nə edəcəyini müəyyən etməlidir. “Əgər onlar ölkənin sərhədini pozmaq və onun suveren ərazisinə hörmət edilməməsi kimi qeyri-qanuni və təhrikçi hərəkətləri davam etdirsələr, biz əlavə daha ciddi sahələri əhatə edən sanksiyalarla cavab verməyə hazırıq”-deyə Con Kerri bildirib.

Dövlət katibi Kerri bu açıqlamaları ABŞ prezidenti Barak Obamanın Rusiyaya qarşı yeni sanksiyaları elan etdiyi eyni gün verib. Prezident Obama onun hökumətinin Krımın ilhaqı ilə əlaqədar daha çox şəxsə qarşı sanksiyalar tətbiq etdiyini deyib.
Con Kerri bildirib ki, Rusiyanın ilhaqı ölkədə daha da qeyri-sabit vəziyyətin yaranmasına gətirib çıxara bilər. O eyni zamanda, ABŞ və Rusiya arasında Krım məsələsi ilə bağlı fikir ayrılığının Suriya və Əfqanıstanda münaqişələrin həlli, habelə İranın nüvə proqramının məhdudlaşdırılması kimi iki ölkənin əməkdaşlıq apardığı sahələrə təsir göstərməyəcəyinə ümid etdiyini deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG