Accessibility links

Con Kerri Səudiyyə Ərəbistanına gedib


ABŞ dövlət katibi Con Kerri Səudiyyə Ərəbistanına gedib.

Onun 16 aylıq Yəmən münaqişəsinə son qoyulması ilə bağlı təklif verəcəyi gözlənilir.

Bu münaqişədə 6500-dən çox adam ölüb ki, onların çoxu dinc sakinlərdir.

Kerri Nigeriyada
Kerri Nigeriyada

Qeyd edək ki, şiələrdən ibarət Huti qiyamçıları və onların müttəfiqləri ölkənin əksər hissəsini tutduqdan sonra Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri 2015-ci ilin martından Yəmənə hava zərbələrinə başlayıb və bundan sonra Yəmənə quru qüvvələri yeridib.

Koalisiya qüvvələri bu münaqişədə Yəmən hökumətinin tərəfini saxlayır.

Kerrinin səfəri zamanı Suriyadakı vəziyyət də müzakirə olunacaq.

ABŞ dövlət katibi bundan əvvəl Nigeriya və Keniyada olub.

Səfər zamanı terrorçuluqla mübarizə məsələsi də müzakirə mövzusu olub.

XS
SM
MD
LG