Accessibility links

ABŞ Suriya ilə bağlı danışıqların gələn həftə keçiriləcəyinə ümid edir


ABŞ Dövlət katibi Con Kerri Suriyada müharibənin sona çatdırılması ilə bağlı danışıqların gələn həftə keçiriləcəyinə ümid bəslədiyini deyib.

Parisdə BMT-nin Baş katibi Ban Ki Munla görüşdən sonra danışan Con Kerri deyib ki, dekabrın 18-i planlaşdırılmış danışıqların baş tutması gələn həftə Səudiyyə Ərəbistanının təşəbbüsü ilə Suriya müxalifəti ilə konfrans da daxil olmaqla bir sıra tədbirlərdən asılı olacaq.

Səudiyyə Ərəbistanı Suriyada həm prezident Bəşar Əl-Əsəd, həm də İslam Dövləti qrupuna müxalif olan qrupların bir araya gətirilməsi təşəbbüsü ilə çıxış edib.

Keçən ay Vyanada Suriyaya dair danışıqlarda Birləşmiş Ştatlar, Rusiya, İran və BMT də daxil olmaqla dünyanın qüdrətli dövlətlərinin nümayəndələri Suriyada siyasi keçid prosesi ilə bağlı geniş plan təqdim edib.

Planda Suriya hökuiməti və müxalifət qruplarının BMT-nin vasitəçiliyi ilə yanvarın 1-i danışıqlara başlaması nəzərdə tutulur.

Dünya qüdrətləri eyni zamanda, Suriyada altı ay müddətində etibarlı və bütün tərəflərin təmsil olunduğu hökumətin yaradılmasını və 18 ay müddətində azad və ədalətli seçkilərin keçirilməsinə çağırıb.

XS
SM
MD
LG