Accessibility links

Con Kerri: Suriya sülh danışıqlarına dair razılıqda bəzi məsələlər həllini tapmalıdır


ABŞ dövlət katibi deyib ki, Suriya müxalifəti və hökumət arasında sülh danışıqlarına dair razılıqda bəzi məsələlər həllini tapmalıdır.

Con Kerri bu məsələlərin həll ediləcəyinə ümid bəslədiyini desə də, onların nədən ibarət olduğuna dair məlumat verməyib.

Kerri bu açıqlamanı Parisdə keçirilən iqlim sammiti çərçivəsində verib.

Suriyanın rəqib qruplarının Səudiyyə Ərəbistanının paytaxtında keçirdikləri müzakirələr dünən başa çatıb. Danışıqlar parçalanmış müxalifətin bir araya gəlməsi üçün atılan ilk addım olub.

ABŞ Dövlət Departamenti Con Kerrinin Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovla görüşərək Suriyada siyasi keçid prosesini müzakirə edəcəyini bəyan edib. Görüş dekabrın 15-də baş tutmalıdır.

Suriya müxalifəti və hökumət arasında sülh danışıqları yanvarın 1-də başlamalıdır.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG