Accessibility links

Kerri Tacikistan və Türkmənistanı ABŞ-ın dəstəyinə əmin edib


ABŞ Dövlət katibi Con Kerri Tacikistan prezidenti İmamoli Raxmonovla görüş zamanı
ABŞ Dövlət katibi Con Kerri Tacikistan prezidenti İmamoli Raxmonovla görüş zamanı

ABŞ Dövlət katibi Con Kerri Tacikistan və Türkmənistanı Vaşinqtonun Amerika əsgərlərinin Əfqanıstandan çıxarılmasına baxmayaraq Mərkəzi Asiyanın təhlükəsizliyi məsələsini diqqətsiz qoymadığına əmin edib.

Con Kerri çərşənbə axşamı Düşənbədə Tacikistan prezidenti İmomali Raxmonovla görüşüb. Bundan sonra ABŞ Dövlət katibi Aşqabadda Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedovla görüş keirib.

"Mən qeyd etdim ki, ABŞ Tacikistan və başqa ölkələrlə sərhədlərin təhlükəsizliyinin möhkəmləndirməsi məqsədilə işləmək haqda öhdəlik götürüb"-deyə Con Kerri bildirib.

Onun sözlərinə görə, danışıqlar zamanı iqtisadi əməkdaşlığın perspektivləri məsələləri də müzakirə edilib.

Tacikistan və Türkmənistan liderləri ilə görüşlə ABŞ Dövlət katibinin Mərkəzi Asiya regionuna beş günlük səfəri başa çatmış olur. Con Kerrinin keçmiş respublikalarına səfəri Vaşinqtonun Rusiyanın Ukrayna və Suriyada müdaxilədən sonra nüfuzunu artırması səylərinə baxmayraq, Mərkəzi Asiya ölkələri ilə birgə işi davam etdirmək istəyini nümayiş etdirməsi kimi qiymətləndirilir.

XS
SM
MD
LG