Accessibility links

Kerri Yaxın Şərqə səfərə hazırlaşır



ABŞ Dövlət katibi Con Kerri İsrail və fələstinlilər arasında sülh danışıqlarını canlandırmaq səylərini ərəb rəsmilərilə müzakirə etmək üçün Yaxın Şərqə yenidən səfərə çıxır.

Dövlət Departamentinin sözsüsü Cen Psaki müxbirlərə deyib ki, İordaniya paytaxtı Əmmana səfərin detalları üzərində iş davam edir. “Dövlət katibi irəliyə doğru addımın atılması və Ərəb Liqasının bununla bağlı məlumatlandırılması imkanının olmadığı halda regiona geri dönməzdi”-deyə o bildirib.

Con Kerinin çərşənbə axşamı Əmmana gələcəyi və çərşənbə günü Ərəb Liqasının nümayəndələri ilə görüşəcəyi nəzərdə tutulub.
XS
SM
MD
LG