Accessibility links

Con Kerri Yaxın Şərq sülh prosesində inkişaf olduğunu deyib


ABŞ Dövlət katibi Con Kerri İsrail və Fələstinlilər arasında yekun statusa dair razılığın əldə edilməsinin vacibliyini vurğulayıb və danışıqlarda mühüm inkişafa nail olunduğunu deyib.

Əmmanda İordaniyanın Xarici İşlər naziri Nasir Cudehlə mətbuat konfransında danışan Con Kerri bildirib ki, İsrail və Fələstin liderləri gərginliklərə baxmayaraq, sülh danışıqlarına sadiqliyini bir daha təkrar ediblər.

Onun sözlərinə görə, regional liderlər əhatəli razılaşmanın turizm və ticarət sahələrində gəlirlərin artması daxil olmaqla iqtisadi baxımdan faydalı olacağını qəbul edir. Con Kerri İordaniyanın həm İsrail, həm də fələstinlilərlə təhlükəsizlik sahəsində münasibətlər qurduğunu qeyd edərək, ölkənin səylərinə yüksək qiymət verib.

Bundan öncə ABŞ Dövlət katibi tərəflərin bir-birini üç ay sürən müzakirələri pozmaqda ittiham etdiy bir vaxt sülh danışıqlarında irəliləyişə nail olmaq üçün Əmmanda fələstinlilərin prezidenti Mahmud Abbasla bu son günlər ərzində ikinci dəfə görüşüb.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG