Birləşmiş Ştatların dövlət katibi Con Kerri regionda siyası və iqtisadi dəyişikliklər etməyə çalışan Yaxın Şərq ölkələrinin işini müsbət qiymətləndirib.
Cümə axşamı Əl-Hürrə şəbəkəsinə eksklüziv müsahibə verən Kerri 66 ölkənin İslam Dövlətinə qarşı güclü koalisiyasının davamlı təşəbbüsləri nəticəsində tərəqqi əldə edildiyini vurğulayıb.
Vaşinqton öz regiondakı tərəfdaşları ilə İŞİD-ə qarşı birgə effektiv mübarizə aparır və terror təşkilatının liderlərinin çoxunu məhv edib.Con Kerri, ABŞ Dövlət Katibi
ABŞ Dövlət Katibi İslam Dövləti ilə mübarizədə Səudiyyə Ərəbistanının rolunu yüksək dəyərləndirib. O, administrasiyasının səudiyyəlilərin yaraqlı qrupa şəxsi hesablardan göndərilən pulların qarşısını almaqda da yardım edəcəyinə ümid etdiyini deyib.
Con Kerri Yaxın Şərq dövlətlərinin gənc liderlərindən bəzilərinin regionda sabitliyi pozmağa cəhd edən yaraqlıların qarşısını almağa hazır olduqlarını bildirib.
Respublikaçı qanunvericilər və prezidentliyə namizədlər Obama administrasiyasının İŞİD-I məğlub etməsi strategiyası ilə bağlı dərin şübhələrini izhar ediblər. Cümə Axşamı Senator Con Makkeyn administrasiyanı ABŞ-ın Yaxın Şərqdə üzləşdiyi sınaqlara “dar çərçivədən” baxdığını söyləyib. Makkeyn regiona iri həcmli koalisiya qüvvələrinin göndərilməsini dəstəkləyir ki, Obama bunun əleyhinə çıxıb.
Kerri Vaşinqtonun öz tərəfdaşları ilə İŞİD-ə qarşı effektiv mübarizə apardığını və qrupun bir çox liderlərini məhv etdiyini deyib.
Kerri etiraf edib ki, bəzi addımlar var ki, onları yalnız regional liderlər ata bilər. O, bu sırada İslamın ən müqəddəs ziyarətgahlarına ev sahibliyi edən Səudiyyə Ərəbistanının adını çəkib. Dövlət Katibinin sözlərinə görə səudiyyəlilər hazırda İŞİD-ə qarşı əks süjet xətti irəli sürürlər və sübut etməyə çalışırlar ki, İŞİD İslam dəyərlərini əks etdirmir.
Proqres əldə etmək, iraqlıları bir araya gətirmək və ölkəni sabitləşdirmək, iqtisadiyyyatı inkişaf etdirmək naminə onlar bütün tərəfləri prosesə cəlb etməlidirlər.Con Kerri, ABŞ Dövlət Katibi
Eyni zamanda ABŞ Dövlət Katibi bu istiqamətdə Riyadın daha çox işlər görə biləcəyini vurğulayıb.
Kerri ABŞ-ın İraq kimi regionda başqa millətlərin inkişafını ruhlandırdığını önə çəkib. “Proqres əldə etmək, iraqlıları bir araya gətirmək və ölkəni sabitləşdirmək, iqtisadiyyyatı inkişaf etdirmək naminə onlar bütün tərəfləri prosesə cəlb etməlidirlər,” deyə Kerri bildirib.
Kerrinin sözlərinə görə, terrorizmə və ədalətsizliyə qarşı mübarizə aparmaq hər bir fərdin üzərinə düşən vəzifədir.