Accessibility links

Kerri: Avropa və dünyada avtoritarizm artır


ABŞ dövlət katibi Con Kerri avropalı həmkarlarına xəbərdarlıq edərək bildirib ki, Avropa və bütün dünyada avtoritarizm artıb.

Kerri Almaniyanın Hamburq şəhərində ATƏT-in Nazirlər Şurasının iclasında çıxış edib. Onun sözlərinə görə, avtoritar düşüncənin artması insan haqları pozuntuları, müstəqil mediaya məhdudiyyətlər, tolerantsızlığın və nifrət cinayətlərinin artımı ilə müşayiət olunub.

Kerri deyib ki, avtoritarizm demokratik prinsiplərdən, açıqlıqdan və azadlıqdan uzaqlaşmanı ifadə edir.

Biz nələrin baş verdiyini görürük: bir çox ölkələrdə korrupsiya halları artır.. Artan avtoritarizm bəzi liderləri öz səlahiyyətlərini artırmaq üçün Konstitutusiyaya dəyişiklik etməyə gətirib çıxarır. Sosial medialar və yeni platformalar vasitəsilə yalan xəbərlər yayılır.Fundamental azadlıqlardan sökülmüş hər bir çöp tiranlığın qurulmasında böyük kərpicə çevrilir.
Con Kerri

"Biz nələrin baş verdiyini görürük: bir çox ölkələrdə korrupsiya halları artır.. Artan avtoritarizm bəzi liderləri öz səlahiyyətlərini artırmaq üçün Konstitutusiyaya dəyişiklik etməyə gətirib çıxarır. Sosial media və yeni platformalar vasitəsilə yalan xəbərlər yayılır. Bəzi yerlərdə işgəncəyə haqq qazandırılır. Ümumiyyətlə fanatizm, dissidentlərə qarşı repressiyalar və onların susdurulmasını heç birimiz yeni norma kimi qəbul edə bilmərik. Fundamental azadlıqlardan sökülmüş hər bir çöp tiranlığın qurulmasında böyük kərpicə çevrilir" - deyə ABŞ dövlət katibi Con Kerri bildirib.

Kerrinin sözlərinə görə, Ukraynanın şərqində münaqişə və Rusiyanın Krımı işğal etməsi uzun zamandır davam edir və o, ATƏT-i bu məsələlərin dinc yolla həllini davam etdirməyə çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG