Accessibility links

ABŞ dövlət katibi İranın xarici işlər naziri ilə görüşür


İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün Birləşmiş Ştatların dövlət katibi Con Kerri ilə görüşün İranla dünya qüdrətləri arasında İranın nüvə proqramı ilə bağlı danışıqların sürətlənməsinə işarə olduğunu deyib.

Cenevrə görüşündən əvvəl Zərif deyib ki, Kerri ilə danışıqlar vacibdir və məsələ daha asan yolla həll edilə bilər.

Kerri isə görüşdən əvvəl heç bir şərh verməyib. Lakin bu həftənin əvvəlində o, Zəriflə müzakirələrin diplomatlara tərəflərin mövqelərini müəyyən etməyə imkan verəcəyini bildirib.

İran, ABŞ, Britaniya, Çin, Fransa, Rusiya və Almaniya nümayəndələrinin müzakirləri İranla nüvə proqramının ixtisarına dair razılıq əldə edilməsi və bunun müqabilində İrana qarşı beynəlxalq sanksiyaların yüngülləşdirilməsini nəzərdə tutur.

Beynəlxalq ictimaiyyət İranı nüvə silahı əldə etmək cəhdində günahlandırır. İran isə nüvə poqramının dinc mahiyyət daşıdığını bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG