Birləşmiş Ştatların dövlət katibi israillilərlə fələstinlilər arasındakı zorakılıqlara son qoyulması yollarını müzakirə etmək üçün Yaxın Şərqə səfərə hazırlaşır.
Son zamanlar artan zoraklıqlardan biri də çərşənbə günü olub. İsrail polisi Qüds yaxınlığındakı avtobus dayanacağında 70 yaşlı qadına bıçaqla zərbə endirən fələstinlini öldürüb. Polis işçisinə bıçaqla hücum edən digəır fələstinli Qüdsün Köhnə Şəhərində öldürülüb.
İsrail fələstinlilərin hücumlarının qarşısını almaq üçün yüzlərlə əsgəri polisə yardım üçün səfərbər edib.
Bölgədə zorakılıqlar Şərqi Qüdsdə və İordan çayının Qərb sahilində keçən aydan artıb. ərəb məhəllərində belə bir şaiyə gəzir ki, İsrail Qüdsün müsəlmanların Əl-Aqsa məscidi yerləşdiyi bölgənin nəzarətini ələ alacaq.
Çərşənbə günü İsrailin baş naziri Benyamin Netanyahu fələstinlilərlə sülh danışıqlarını bərpa etməyə hazır olduğunu, lakin fələstinlilərin böyük güzəştlərə getməli olduqlarını deyib.