Accessibility links

Con Kerri - ABŞ-ın yeni Dövlət katibi


Con Kerri
please wait
Embed

No media source currently available

0:00 0:02:37 0:00

ABŞ Senatının Xarici Əlaqələr Komitəsi senator Con Kerrinin Dövlət katibi vəzifəsinə nominasiyasını təsdiq edib.

Senatda Con Kerrinin namizədliyi ilə bağlı tam tərkibdə səsvermə bu gün keçirilə bilər.

Senator olduğu 28 il müddətində Con Kerri Xarici Əlaqələr Komitəsinin üzvü, dörd dəfə isə komitənin sədri olub.

ABŞ prezidenti Barak Obama senator Kerrinin Dövlət katibi vəzifəsinə nominasiyasını keçən ay irəli sürmüşdü. O bu vəzifədə Hillari Klintonu əvəz edəcək.


Senatın Xarici Əlaqələr Komitəsinin üzvləri Con Kerrinin təsdiqi ilə bağlı dinləmələr zamanı son on ildə ilk dəfə olaraq, Dövlət katibi olacaq namizədə “cənab” deyə müraciət edirdi.

İnternet şəbəkəsində bu diqqətləri özünə cəlb etdi.

Daha çox qadın məsələlərinə dair məlumatlar yerləşdirilən jezebel.com saytında belə bir yumorlu sorğu başladı:”Amerika ağ irə mənsub kişinin dövlət katibi olmasına hazırdırmı?”

Sonuncu dəfə ağ irqə mənsub kişi 1997-ci ildə dövlət katibi olmuşdu. Bu, Uorren Kristofer idi.

Professor Robert Tompson bu zarafatların yerində olduğunu deyir: “Belə zarafatlar və belə suallar bir çox məsələlərə işarə edir. Bunlardan biri də bizim indi hansı səviyyədə olmağımızla bağlıdır.”

İllərdir Amerika diplomatiyasının liderləri kimi Madlen Olbrayt, Kolin Pauell, Kondoliza Rays və nəhayət Hillari Klinton bir iz qoya bilib.

Cons Hopkins universitetinin Beynəlxalq Münasibətlər Fakültəsində tədqiqatçı-alim Daniyel Server onların təsirinin real olduğunu deyir: “Qaradərili insanlar və qadınlar bundan ruhlanıblar və son 16 ildə bunun Dövlət Departamentinə böyük təsiri olub.”

Senatda Kerrinin təsdiqi ilə bağlı dinləmələr zamanı onun uzun zamandır dostu olan Con Makkeyn senatorun bu vəzifəyə çox münasib bir namizəd olduğunu deyib.

ABŞ Dövlət katibinin görünüşünün və ya onun kişi, ya da qadın olmasının bir əhəmiyyəti varmı? Yəqin ki, yox.

Corc Meyson universitetinin professoru Toni Mişell Travis bu vəzifənin asan olmadığını deyir: “Kerri təcrübəyə malikdir, onda müəyyən mənada bizim zəif olmadığımızı göstərən aqressivlik var.”

Bu isə ABŞ-ın diplomatik dairələrində hazırda təkcə kişilərə məxsus cəhət deyil.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG