Dizayn üzrə təhsil alan üç tələbə plastik qablara alternativ olaraq prototipli yeməli qab icad edib.
Bu layihə artan plastik qabların sayının azaldılmasına yönədilib. Yalnız ABŞ-da hər gün təxminən 12 milyon plastic içməli su qabı atılır və ətraf mühitdə böyük bir iz qoyur.
Plastik qablar ətraf mühitə zərərli olan neft məhsullarından düzəldilir. Bir porsiya su saxlayan Ooho adlı jelatin şarındakı suyu içəndən sonra qabını yemək olar.