Accessibility links

Kəşmirdə 2 militantın və 8 polisin ölümü ilə nəticələnən atışma olub


Bu, keçən ilin sentyabrdan bəri dövlət mühafizə binasına edilən, ən çox tələflə nəticələnən hücum idi

Hindistan təhlükəsizlik xidmətləri, Kəşmir vilayətində bir neçə saat davam edən atışmalardan sonra iki militantı öldürüb. Hökümətə igamətgahına nəzarət üçün gedən döyüşdə səkkiz polis əməkdaşının öldüyü bildirilir.

Cammu və Kəşmir polisinin baş generalı SP Vaidin verdiyi məlumata görə, şənbə günü atışması militantların, Kəşmirin cənub şəhəri olan Pulvamada, polis düşərgəsinə hücumu zamanı başlayıb.

O əlavə edib ki, düşərgədə axtarış əməliyyatları davam edir.

Caiş-e-Məhəmməd adlı islamçı qrup, yerli qəzetlərdə yayılan bəyanatlarında hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Bu, keçən ilin sentyabrdan bəri dövlət mühafizə binasına edilən, ən çox tələflə nəticələnən hücum idi. O zaman baş verən hücum zamanı 18 ordu heyəti üzvü öldürülmüşdü.

Hindistan hərbi qüvvələri bu il 134 militant öldürüb. Rəsmilərin verdiyi məlumata görə, əməliyyatların əksəriyyəti son iki ayda həyata keçirilirb. Keçən il bu rəqəm 150 idi.

Hindistan rəsmilərinin bildirdiyinə görə, iyul ayında 79 militant Nəzarət Xəttini keçərək, Kəşmir vilayətinə daxil olublar.

Hindistan Pakistanı militantların təlimində və silahlandırılmasında ittiham edir. Pakistan bu ittihamları rədd edir.

1947-ci ildə müstəqillik əldə etdikdən sonra, hər iki Cənubi Asiya ölkəsi arasında Kəşmir vilayətinə görə üç dəfə müharibə olub.

XS
SM
MD
LG