Accessibility links

Keti Perri Teylor Sviftlə ədavətə son qoyur


Keti Perri nəhayət Teylor Sviftlə mübahisələrə rəsmən son qoymağa hazırlığını göstərib.

Ketinin Teylor Sviftə qarşı düşmənçiliyinin səbəbi aydın deyildi. Amma hər halda indi müğənni Avstraliya Bu Gün şousuna müsahibəsində Teyloru həmişə sevdiyini deyir.

“Mən onu həmişə sevmişəm. Bizim aramızda düzdür fərqliliklər var idi. Amma yenə də demək istəyirəm ki, Allah onu qorusun və onun sənətində ona kömək olsun” deyə Keti Perri bildirib.

Bad Blood klipindən Swish mahnısına qədər və bir neçə il aparılan fərqli müsahibələri nəzərə alsaq, pərəstişkarlar Keti ilə Teylor arasında münasibətlərin yaxşılaşdığının şahidi olmayıb. Uzaqdan görünən mənzərə isə budur ki, Keti münasibətlərin yaxşılaşmasını istəyir. Teylor isə ondan uzaq dayanır və Keti haqda fikir bildirmir.

Keti bildirildiyinə görə Arianna Haffinqtona “Mən baş verənləri unutmağa hazıram. Mən onu bağışlayıram və nə zamansa etdiklərimə görə üzr istəyirəm. Ümid edirəm ki, o da məni bağışlayır. Mən onu çox istəyirəm və ona ən xoş arzularımı çatdırıram” – deyib.

Keti inanır ki, onlar arasında sülh qadınlara daha da güclü olmaq haqda bir mesaj çatdırır.

Us Magazine jurnalı bildirir ki, Teylor bu söhbətə qarışmaq istəmir. Ona görə də bu barədə danışmaqdan yayınır.

Hər bir halda düşmənçiliyə belə görünür son qoyulur.

XS
SM
MD
LG