Accessibility links

Keyp Verde arxipelaqında hərbi bazada 11 nəfər qətlə yetirilib


Keyp Verde arxipelaqında hərbi bazada səkkiz əsgər də daxil olmaqla 11 nəfər qətlə yetirilib.

Qərbi Afrikanın ölkəsinin rəsmiləri bildirib ki, əsgərlər və üç mülkü vətəndaşı qətlə yetirməkdə şübhəli bilinən əsgər bazadan qaçıb və hazırda axtarışdadır. Ölən əsgərlərin ikisi İspaniya hərbi qüvvələrinin əsgərləridir.

Hökumətin veb səhifəsindəki bəyanatda hücumun səbəbinin şəxsi motivlərlə əlaqədar olduğu bildirilir və dövlət çevrilişi, ya da narkotik qaçaqmalçlığı ilə məşğul olan qruplarla əlaqədar cinayət hadisəsi olduğu istisna edilir.

Günorta saatlarında cəsədlər aşkar edildikdən sonra paytaxt Praianın aeroportu və adanın limanlarında təhlükəsizlik qüvvələri hazır vəziyyətə gətirilib.

XS
SM
MD
LG