Accessibility links

Keyptaunun su ehtiyatı tükənir [Video]


Keyptaunun su ehtiyatı tükənir
please wait

No media source currently available

0:00 0:02:23 0:00

Keyptaunun su ehtiyatı tükənir

Hər il 2 milyondan çox turist cəlb edən Keyptaun şəhəri hazırda ən böyük su böhranı ilə üzləşir. Mer Patrişia Lil keçən həftə şəhərin əsas su hövzəsi ətrafında başlayan qazıntı işləri ilə bağlı xəbərdarlıq edib.

"Biz hər 10 günə su ehtiyatımızın 1 faizini itiririk. Hazırda su ehtiyatımız ilk dəfə 30 faizdən aşağıdır. Buna görə çox narahatam" - deyə, mer bildirib.

Anbarlarda suyun səviyyəsinin aşağı düşməsi səbəbindən yerli sakinlər növbə gözləməyə məcbur olublar. İnsanlar burada gözləyərək sıra ilə su əldə edə bilirlər amma bir nəfər üçün günlük su limiti 25 litrdir.

Biznesmenlərdən biri arzu edir ki, su bitəndə oteli bağlamaq məcburiyyətində qalmaqdansa başqa alternativlərin olması daha yaxşı olardı.

"Hazırda dünyanın bir çox ölkəsində bu cür problemlərin həlli istiqamətində təkmilləşib. Yaxın Şərqə və İsrailə baxın, görün onlar öz su problemlərini necə həll edirlər. Həmçinin Hindistan da desalinizasiya sahəsində yaxşı işlər görüblər." - deyə, otel sahibi Cef Levi bildirib.

Keyptaun Cənubi Afrikanın ən çox turist cəlb edən şəhəridir. Ümumdünya Turizm Birliyinin hesabatına əsasən ötən il ölkənin 33 milyard dollarlıq iqtisadi məhsulunun 9 faizi turizm sənayesinin payına düşür.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG