Tramp administrasiyası 'Keystone XL' boru kəmərinin çəkilişi üçün federal icazə verib. Həmin bu layihəni sabiq prezident Barak Obama iki il öncə rədd etmişdi.
Cümə günü ABŞ Dövlət Departamenti icazənin boru kəmərini inşa edəcək TransCanada şirkətinə verildiyini bəyan edərək bu addımın “milli maraqlara xidmət” edəcəyini bildirib.
Bu inanılmaz bir boru kəməri olacaq. İndiyədək bəşəriyyətə tanınan ən möhtəşəm texnologiya!
Bu qərar Obama administrasiyasının gəldiyi qənaətlə ziddiyyət təşkil edir.
Cümə günü press brifiqində məsələyə münasibət bildirən Prezident Donald Tramp boru kəmərinin neft nəqli üçün başqa vasitələrdən daha təhlükəsiz olduğunu vurğulayıb.
“Bu inanılmaz bir boru kəməri olacaq,” Tramp deyib. “İndiyədək bəşəriyyətə tanınan ən möhtəşəm texnologiya!”
O, həmin icazənin verilməsində prezident olaraq rolunu vurğulayıb.
“Bu gün biz işləri düzəltməyə və işi düz görməyə başlayırıq,” Tramp deyib.
TransCanada şirkətinin prezidenti Russ Girling bir neçə il aparacaq layihə üçün icazənin verilməsini “mühüm dönüş nöqtəsi” adlandırıb.
Boru kəməri Kanadanın qətran qum neftini emal edilmək üçün ABŞ-ın Meksika Körfəzi sahillərinə nəql edəcək.
2015-ci ildə Obama administrasiyası boru kəməri layihəsini ABŞ-ın qlobal iqlim dəyişikliyində qarşı mübarizədə aparıcı rol oynadığnı əsas gətirərək rədd etmişdi.