Accessibility links

Nyu-Yorkun qeyri-adi KGB barı


Nyu-Yorkun qeyri-adi KGB barı
please wait

No media source currently available

0:00 0:02:41 0:00

KGB barına kiminsə məmnuniyyətlə getdiyinə inanmaq çətindir. Lakin Nyu-yorklu yazıçılar və kitabsevərlər buraya gəlməyi sevir.

Girişi sadə, neonla işıqlandırılmış bu kafenin adı əslində ağır səslənir. Lakin KGB - KQB adının Rusiyanın məşhur gizli xidmət orqanı ilə heç bir əlaqəsi yoxdur. Əslində bu Karin Qalereya Barı deməkdir və yalnız baş hərfləri yazılır - KQB. Bu barı əslən ukraynalı Denis Voyçuk 1993-cü ildə açıb və o vaxtdan bəri çox sayda yazıçı və kitabsevənlərə ev sahibliyi edib.

Voyçukun atası bu binaya 1940-cı illərdə, Ukrayna sosialistlərinin toplandığı kluba gələr, Denisi də özü ilə gətirərdi. Denis Voyçuk: "Mənim 5 yaşım var idi. Bilirsiniz, uşaq olanda sən atana bənzəmək istəyirsən. Mən kişilərin içdiyini görür və düşünürdim ki, yəqin bu, konfetdən dadlıdır ki, bunlar belə sevinir."

Klub 1920-ci illərdə spirtli içkiyə qadağa qoyulan zaman fəaliyyət göstərdiyi üçün o zaman onun adı yox idi. Voyçuk buraya veriləcəyi adı bildirəndə, yerli rəsmilər narazı qalmışdı. "Mən Dövlət Departamentinə müraciət edəndə, mənə bu adın qanuni olmalı olduğunu dedilər. `Əgər sənin adın məsələn, Marvin Gey deyilsə sən FBİ, CİA və ya GAY adları verə bilməzsən` dedilər. Onda mən `Karin Qalereya Bar`ı dedim və onlar razı oldular" - deyə, Denis Voyçuk bildirir.

Əvvəlcə yerli sakinlər KGB adına şübhə ilə yanaşdılar, lakin bu uzun sürmədi. İnsanlar divarlardan Sovet bayraqları və adların asılmasına baxmayaraq, burada siyasi və dini diskussiyalara yer yoxdur. KGB barı yazıçı və kitabsevərlərin sevimli yeridir.

Bu gün bu bar Manhettenin ən məşhur ədəbi yerlərindən biri - yazıçıların yeni əsərlərini dinləyicilərə oxumaq üçün gəldiyi bir yerdir.

Voyçukun özü də yazıçıdır. Onun bir cinayətkarın vəkili haqdakı `Attorney for the Damned` adlı ilk kitabı nəşr edilib. Voyçuk bu işi sevsə də, bir müştərinin ona hücum etməsindən sonra o, peşəsini dəyişmək qərarına gəlib. Buna baxmayaraq o, yazmaqda davam edib. "Mən sevgi haqda yazmağı sevirəm. Mənim ilk uşaq kitabım begemot və siçanın sevgisi haqda idi.`

Keçmiş vəkil, ukraynalı sosialistin oğlu, uşaqlar üçün kitab müəllifi və Nyu-Yorkun məşhur ədəbiyyat ocağının sahibi Voyçuk haqda bəziləri bunu deyə bilər - qeyri-adi, lakin çox maraqlı bir xarakter.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG